Haqqımızda
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin törəmə təşkilatı olan “DOST Çağrı Mərkəzi 142” Məhdud Məsuliyyətli Cəmiyyəti Nazirliyin bütün fəaliyyət istiqamətlərinə dair məsələlər, o cümlədən, sosial təminat, əlilliyin müəyyən edilməsi və tibbi-sosial ekspertiza və reabilitasiya, məşğulluğun təminatı, iş yerlərində əmək qanunvericiliyinə əməl olunması, və bu sahələr üzrə elektron xidmətlərdən istifadə ilə əlaqədar vətəndaşların məlumat, sorğu və şikayət xarakterli müraciətlərinin qəbul edilərək operativ şəkildə cavablandırılması və ya cavablandırılması üçün aidiyyəti üzrə yönləndirilməsi məqsədinə xidmət edir.
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin törəmə təşkilatı olan “DOST Çağrı Mərkəzi 142” Məhdud Məsuliyyətli Cəmiyyət DOST Agentliyinin Müşahidə Şurasının 21 iyul 2023-cü il tarixli 2 nömrəli qərarı ilə təsis edilmişdir.