Haqqımızda

Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin törəmə təşkilatı olan “DOST Çağrı Mərkəzi 142” Məhdud Məsuliyyətli Cəmiyyəti Nazirliyin bütün fəaliyyət istiqamətlərinə dair məsələlər, o cümlədən, sosial təminat, əlilliyin müəyyən edilməsi və tibbi-sosial ekspertiza və reabilitasiya, məşğulluğun təminatı, iş yerlərində əmək qanunvericiliyinə əməl olunması,  və bu sahələr üzrə elektron  xidmətlərdən istifadə ilə əlaqədar vətəndaşların məlumat, sorğu və şikayət xarakterli müraciətlərinin qəbul edilərək operativ şəkildə cavablandırılması və ya cavablandırılması üçün aidiyyəti üzrə yönləndirilməsi məqsədinə xidmət edir.
 

Davamı

Ötən ayın statistik göstəriciləri

Vətəndaş məmnunluğu

95.3

%

Sosial bot

39.016

Daxil olan zənglər

96.202

45 256

Kişi

47 092

Qadın

Danışığa sərf olunan orta müddət

2:46’

Xətdə orta gözləmə müddəti

0:11’

Daha ətraflı

Ən çox verİlən suallar

Hansı halda əmək müqaviləsi müddətsiz hesab edilir?

Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, o, müddətsiz əmək müqaviləsi hesab edilir. Həmçinin, əmək müqaviləsində müddətin müəyyən edilmədiyi hallarda, həmin müqavilə müddətsiz hesab olunur.

Sığorta ödənişi hansı formada həyata keçirilir?

Sığorta ödənişi verilmiş hadisə ilə bağlı yeni sığorta hadisəsi baş verdikdə müvafiq sığorta ödənişi əvvəl ödənilmiş məbləğ çıxılmaqla nağdsız qaydada şəxsin bank hesabına köçürülür.

Yaşa görə əmək pensiyası təyin olunduqdan sonra işləyən şəxslərin pensiyaları hansı halda yenidən hesablanır?

Yaşa görə əmək pensiyası təyin edilmiş şəxs pensiya təyin edildikdən sonra 6 il işlədikdə və ya işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə bu zaman pensiyanın məbləği fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış, lakin istifadə edilməmiş pensiya kapitalına görə avtomatlaşdırılmış qaydada yenidən hesablanır. Avtomatlaşmış qaydada yenidən hesablamanın əhatə dairəsinə düşməyənlər isə əmək pensiyalarının yenidən hesablanması ilə bağlı istənilən DOST mərkəzinə və ya DSMF-nin aidiyyəti struktur bölməsinə müraciət edə bilərlər.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət hansı müddətdə verilir?

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, əmək qabiliyyətinin itirildiyi birinci gündən başlayaraq sağalanadək və ya tibbi sosial ekspert komissiyası (TSEK) tərəfindən əlillik müəyyən edilənədək, lakin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin qeydinə uyğun olaraq bir ildən çox olmayan dövr üçün verilir.

Davamı